Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Müsahibə / Aprel döyüşləri Azərbaycan ordusuna nə verdi? – Açıqlama

Aprel döyüşləri Azərbaycan ordusuna nə verdi? – Açıqlama

Aprel döyüşləri həm də uzun illər idi müharibəyə hazırlaşan Azərbaycan ordusu üçün bir sınaq oldu. Döyüşlər zamanı Azərbaycan ordusu işğal altındakı Lələtəpə və Talış kimi strateji yüksəklikləri işğaldan azad edə bildi.

Aprel döyüşləri Azərbaycan ordusuna nə verdi? Bu suala hərbi ekspert Üzeyir Cəfərov cavab verib:

“Aprel döyüşləri Azərbaycan ordusuna özünə inam verdi. Uzun illər idi ki, düşmənlə üz-üzə gəlməyən Azərbaycan ordusu hiss elədi ki, düşmən deyildiyi qədər güclü deyil, deyildiyi imkanlara malik deyil.

Azərbaycan zabitləri, əsgərləri döyüşü, gülləni, mərmiləri hiss etdi. Bu isə müsbət bir şeydir. Azərbaycan silahlı qüvvələri bu döyüşlərdə həm də düşmənin taktikası, hərəkətləri ilə bilavasitə tanış oldu. Artıq hərbçilərimiz düşməni real olaraq da tanıdı.

Prinsip etibarı ilə döyüşlər daha çox kontaktsız aparılır. Daha çox artilleriyadan istifadə edilir. Hər halda hesab edirəm ki, aprel döyüşləri yaxşı mənada yadda qalacaq. Prezident İlham Əliyev də bildirdi ki, aprel döyüşləri tarixə salınmalıdır.

Bunu da deməyi özümə borc bilirəm ki, aprel döyüşləri ilə bağlı çox ciddi, dərin təhlil aparılmalıdır. Bəzi məsələləri mətbuatda işıqlandırmırıq, ancaq üstündə işləniləsi məqamlar var ki, onların üzərində iş aparılmalıdır”.(ölkə.az)

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …

Bir cavab yazın