Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Media / Yüksək vəzifəli məmurlar ailə biznesindən məhrum ediləcək

Yüksək vəzifəli məmurlar ailə biznesindən məhrum ediləcək

Rusiya Dövlət Dumasının Konstitusiya komitəsinin sədr müavini Vadim Solovyev (o, Rusiya Kommunist Partiyasının üzvüdür) yüksək vəzifəli məmurların həyat yoldaşlarının və uşaqlarının bizneslə məşğul olmasına qadağa nəzərdə tutan qanun layihəsi hazırlayır.

Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu qadağa nazirlərin, qubernatorların, regional parlament rəhbərlərinin ailələrinə şamil edilə bilər.

“Biz baş prokurorun uşaqlarının, bəzi qubernatorların uşaqlarının və arvadlarının çox fəal şəkildə bizneslə əvvəlki fəaliyyəti ilə bağlı situasiyanı nəzərdən keçirmişik. Belə nəticəyə gəlmişik ki, dövlət xidməti ilə bağlı qanuna dəyişiklik etmək lazımdır”, – Solovyev bəyan edib.

Layihədə ilk növbədə prezidentin sərəncamı, yaxud təklifi ilə vəzifəyə təyin olunan hökumət üzvlərinin və regional qanunvericilik məclislərinin sədrlərinin arvadlarına və uşaqlarına bizneslə məşğul olmağın qadağan edilməsi nəzərdə tutulur.

Bundan əlavə, dəyişiklikdə yalançı boşanmaya görə cəza nəzərdə tutulur. Layihə müəllifinin fikrincə, bu cür boşanmalardan sonra ərlə-arvad de-yure ümumi təsərrüfat və ümumi bizneslərini davam etdirirlər. Bu cür qanun pozuntusuna görə, layihədə 1 milyon rubla qədər cərimə və vəzifədən azad edilmə nəzərdə tutulur.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın