Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Media / Yol polisinin oğlu yol qəzasında öldü

Yol polisinin oğlu yol qəzasında öldü

Bu gün Xaçmazın Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 3-cü kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, “VAZ-2106” markalı avtomobil ilə bazarlıq edərək evə gələn sürücü. 2001-ci il təvəllüdlü Asim Vahid oğlu Əmirovu traktor vurub.

Hadisə o, maşını yol kənarında saxlayaraq yükləri evinə daşıyan zaman baş verib. Məmmədağa Quliyevin idarə etdiyi traktor gənci divara sıxışdırıb.

Hadisə yerində ölən Asim Əmirov Səbail DYP əməkdaşı Vahid Əmirovun oğludur.

Hazırda mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb və yerli polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın