Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Yanan binada sakinlərin həyatı təhlükədə… – VİDEO, FOTOLAR

Yanan binada sakinlərin həyatı təhlükədə… – VİDEO, FOTOLAR

Təxminən 5 ay öncə ki, Xətai rayonunda yanan bina təmir edilərək, sakinlərin istifadəsinə verilib. Buna baxmayaraq, bəzi problemlər hələ də qalmaqdadır. Yanğında zərər çəkən ailələrin hər birinə 15 min manat kompensasiya verilsə də, onlar bu məbləğin dəymiş ziyanı qarşılamadığını bildirirlər. Belə ki, bir çox ailə hələ də əvvəlki həyat şəraitini hələ də bərpa edə bilməyib. Ancaq narazı sakinlərin əksəriyyəti evləri yanan sakinlər yox, binanın digər tərəfində olan yanğın zamanı evlərinə zərər dəyən mənzil sahibləridir. 
Digərlərindən fərqli olaraq onlara nə kompensasiya verilib, nə də evlərinin təmirinə yardım göstərilib.
Musavat.com-un müxbiri yanan binaya baş çəkərək, oradakı həyat şəraiti ilə maraqlanıb.
Yanğın zamanı 10-a yaxın mənzilə ziyan dəyib. Yanğının təsirindən divarlarda və tavanda çatlar yaranıb. Yanğın zamanı damın qır örtüyü yandığından yığılan sular tavanı yarasız hala salır. 9-cu mərtəbədə yaşayan sakinlər yağış yağarkən mənzilləri su içində qaldığını dedilər.
Daha bir dəhşətli mənzərə yanğın pilləkənlərinə açılan qapı və pəncərələrin olmamasıdır. Bu isə azyaşlı uşaqlar üçün hər an təhlükəyə çevrilə bilər. Binanın yanğın zamanı mühafizə pilləkənlərinin yolu bağlanıb. Mərtəbələrdə yararsız vəziyyətə düşən pəncərələr kartonla bağlanıb. Sakinlər azyaşlı uşaqların yıxılmasından ehtiyat etdiklərini və bu barədə aidiyyatı qurumlara xəbərdarlıq etdiklərini bildiriblər.
Zərərçəkən Kifayət Musayeva bildirir ki, hadisədən bir neçə ay keçməsinə baxmayaraq, aidiyyatı qurumlar hələ də problemi həll etmir: “Yanğın zamanı 10-a yaxın ailənin mənzilinə zərər dəyib. Otaqların tavanı çatlayıb, divarlar yararsız hala düşüb. Döşəmə pis vəziyyətdədir. Dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə bu barədə bildirmişəm, lakin hər dəfə yalan vədlər verirlər. Divar kağızları yanğın zamanı hiss içində qalıb. Lakin heç kim maraqlanmır. Millət vəkili Fuad Muradov söz verib ki, bu işlə bağlı sizə yardımçı olacam. Yaxınlarda bizi qəbul edib, problemlərimizi dinləyəcək”.
Bina sakinləri aparılan təmir işlərindən də, narazı olduqlarını bildirdilər: “Səriştəsiz ustalar mənzilləri başdangetdi təmir etdilər. Fəhləni usta adı ilə işlədəndə belə olacağını yaxşı bilirdilər. Evləri təmir edərkən ən ucuz və keyfiyyətsiz materiallardan istifadə olundu. Bu səbəbdən də məcbur olub, özümüz əlavə xərc çəkərək, materialları daha keyfiyyətlisi ilə əvəz etmişik. Təmir zamanı dəhlizləri yararsız vəziyyətə saldılar. Binanın pəncərələrini kartonla bağlayıblar. Qaranlıqdan göz-gözü görmür. Lift yaxşı işləmir. Problemləri saymaqla bitməz…”.
Sakinlər binanın fasadının da keyfiyyətsiz şəkildə boyandığını və artıq boyanın qopmağa başladığını deyirlər. Bina sakinləri yanğın zamanı mənzillərinə dəyən zərərərin ödənilməsini və ya təmir edilməsini tələb etsələr də, heç bir nəticə olmayıb.
Daha ətraflı təqim etdiyimiz videodan izləyə bilərsiniz.
















Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın