Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Media / Yağışlı havada yüzlərlə insanın suyu kəsilib – “Azərsu”dan qəribə səbəb

Yağışlı havada yüzlərlə insanın suyu kəsilib – “Azərsu”dan qəribə səbəb

Xırdalan şəhəri 27-ci məhəllə, mənzil 32, bina 2-də yaşayan sakinlər suyun olmaması ilə bağlı “Qafqazinfo”ya müraciət ediblər.

Sakinlər bildirir ki, göyün üzünü bulud alan kimi “Azərsu” yüzlərlə insanın yaşadığı binaların suyunu kəsir: “Səbəb kimi isə onu göstərirlər ki, suyu kəsməsələr 26- cı məhəllədəki həyət evlərini su basar. Gah da deyirlər ki, su xəttində qəza baş verib. Başa düşmək olmur ki, niyə yağış yağan kimi məhz hər dəfə bu ərazidə qəza baş verir? “Qaynar Xətt”ə də məlumat vermişik. Amma yenə də suyumuz gəlmir. Əgər məhəlləni su basırsa, bu sakinlərin problemi deyil. Deməli, kanalizasiya sistemini düzgün qurmamısınız”.

Qafqazinfo” problemlə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O yaranmış problemdən xəbərdar olduğunu vurğulayıb. Qeyd edib ki, intensiv yağışlar yağan zaman yaranan tullantı sularının həcmini azaltmaq və Xırdalandan kənarlaşdırılan sularının həcminin tənzimlənməsi məqsədilə həmin ərazidə suyun verilişi müvəqqəti olaraq kəsilir: “Xırdalan çökək ərazidə yerləşir. Əgər kəsilmə baş verməsə, ətraf məhəllələri su basar. Yağış dayanan kimi sakinlər əvvəlki qrafiklə su ala biləcəklər”.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın