Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Xədicə İsmayılovanın ölkədən çıxışına qadağa qoyulub

Xədicə İsmayılovanın ölkədən çıxışına qadağa qoyulub

Martın 14-də Daxili İşlər Nazirliyinin Bakı şəhəri üzrə Baş İdarəsinin müstəntiqi ilə görüşdən sonra tanınmış jurnalist, “Toplum TV” internet kanalının baş redaktoru Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qadağa qoyulub.
Bu barədə Xədicə İsmayılova “Turan”a danışıb.
“Toplum TV-nin jurnalistləri barəsində qaldırılan cinayət işi üzrə müstəntiqə ifadə verməkdən imtina etdim. Mən özüm polisin çağırışı ilə Baş İdarəyə gəldim. Sualları müstəntiq Hacıbala Hacıyev verirdi. Sonra məni buraxdılar və bir daha zəng etmədilər. Sonra bildim ki, ölkədən çıxışıma qadağa qoyulub”, – İsmayılova bildirib.
Həmin gün Xədicə İsmayılova Konstitusiyanı əsas gətirərək, Toplum TV-nin jurnalistləri ilə bağlı qaçaqmalçılıq işi ilə bağlı polisə ifadə verməkdən imtina edib.
Bakı şəhər Baş Polis İdarəsində üç saat qaldıqdan sonra o, sərbəst buraxılıb.
“Mənə bu hüququ Azərbaycan Konstitusiyasının 66-cı maddəsi və Cinayət-Prosessual Məcəlləsi verir. Sonradan mənə qarşı istifadə olunmayacağına əmin olmadığım üçün ifadə verməmək qərarına gəldim. Mən istintaq orqanının qərəzliliyini hiss etdim və buna görə də ifadə verməmək üçün konstitusion hüququmdan istifadə etdim”, – İsmayılova bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …