Ana səhifə / Media / Xəstəni xilas etməyə tələsən “Təcili yardım” maşını 310 manat cərimə olunub – VİDEO

Xəstəni xilas etməyə tələsən “Təcili yardım” maşını 310 manat cərimə olunub – VİDEO

Xəstənin həyatını xilas etmək üçün təcili yardım maşınını bərk sürərərk radara düşdü. Nəticədə ona sürət həddini aşdığına görə 310 manatlıq cərimə protokolu gəlib.

Hadisə Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Rüfət Hüseynovun başına gəlib. İdarəyə gələn protokolla cərimənin dənilməsi tələb olunur. Daha da maraqlısı odur ki, belə hadisə Rüfət Hüseynovun başına ilk dəfədir gəlmir.

Rüfət Hüseynov bildirir ki, xəstəni Ağdaşdan Gəncəyə apardıqları müddətdə təcili yardım maşınının sayrışan işıqları və digər xəbərdarlıq vasitələri təlimata uyğun olaraq işlək vəziyyətdə olub.

Təcili Yardım Stansiyasının qaraj müdiri Müzəffər Zakirov belə xidməti maşınların insan həyatını xilas etmək üçün işlədiyini xatırladır. Buna görə də o aidiyyatı qurumları təcili yardım maşınlarının fəaliyyətinə dəstək olmağa çağırıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev “Xəzər TV”yə açıqlamasında bildirib ki, qanunvericiliyə görə, Təcili Tibbi Yardım maşınları iş başında olarkən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər. Əgər həmin təcili yardım maşını sayrışan işıqlarını yandıraraq hərəkət edibsə və müəssisənin rəhbərliyi də həmin vaxt o maşının xidməti vəzifə icra etdiyini təsdiq edirsə, onda o avtomobilə gələn cərimə protokoluna xitam verilməlidir.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın