Bunlar paytaxt bazarlarında piştaxtaları bəzəyən ekzotik meyvələrdir. Qiymətləri növünə görə dəyişən bu meyvələrə maraq az deyil.

Əsasən Cənubi Amerikadan gətirilən bu meyvələr arasında bizim üçün ənənəvi hesab edilən böyürtkən, qarağat, çiyələk və alça kimi meyvələr də var ki, indi ölkəmizdə onlar qeyri-mövsümi meyvələr sayılır.

Ən çox maraq çəkən meyvələrdən biri də ranbutandır. Alıcısı çox olan bu meyvənin kilosu 40 manatdan başlayır.

Digər maraqlı meyvələr isə kentmanqo və kakanitdir. Bu meyvələr manqo və kakosun fərqli bir növü olsa da, alıcıları kifayət qədərdir.

Ən maraqlı və daha çox dərman kimi istifadə olunan guana bana və marakuya meyvələrinə isə daha çox əsəb və xərçəng xəstələri üstünlük verirlər.

Qiymətləri ucuz olmasa da, bu meyvələrə xaricilər qədər yerli insanların da marağı böyükdür.

Bu meyvələr arasında ən çox alınanı guana bana və manqostindir.