Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Ukraynada 3 jurnalist ölüb, 35-i yaralanıb

Ukraynada 3 jurnalist ölüb, 35-i yaralanıb

Rusiya ordusunun Ukraynanı atəşə tutması nəticəsində azı 35 jurnalist yaralanıb, 3-ü həlak olub

Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Telegram” kanalında məlumat yayıb.

“Rusiya işğalçıları Ukraynadakı hərbi cinayətlərinin obyektiv işıqlandırılmasına qarşı mübarizə aparır. Onlar jurnalistləri öldürür və güllələyirlər. Artıq azı 35 jurnalist irqçi yaraqlıların əlindən əziyyət çəkir, üçü öldürülüb”, – o yazıb.

Məlumata görə, əcnəbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşlər zamanı operator Yevgeni Sakun Kiyevdə raket hücumu nəticəsində, ABŞ vətəndaşı, reportyor və sənədli film istehsalçısı Brent Renault isə Kiyev vilayətinddə, İrpendəki keçid məntəqəsində həlak olub.

Bundan əlavə, Rusiyanın hücumları zamanı çoxlu sayda jurnalist yaralanıb.

Denisovanın sözlərinə görə, isveçrəli jurnalist Guillaume Briquetin “press” işarəsi olan zirehli avtomobili Nikolayevə doğru hərəkət edərkən rus hərbçiləri tərəfindən atəşə tutulub. Həmçinin “Voxpot”un Çex nəşrinin iki jurnalisti Maida Slamova və Voytech Boqaça atəş açılıb. “Ekstra-Bladet”in iki danimarkalı əməkdaşı – jurnalist Stefan Weichert, fotoqraf və reportyor Emil Filtenborq Mikkelsen güllə yarası alıb. 

Rusiya qoşunları Britaniyanın “Sky News” televiziya qrupuna da hücum edib. Baş müxbir Stüart Remzi və onun dörd həmkarı Kiyevə qayıdarkən pusquya düşüblər.

Lyudmila Denisova qeyd edib ki, Ukraynanın televiziya infrastrukturu obyektləri də məqsədyönlü şəkildə atəşə tutulub:

“Düşmən Kiyev, Lutsk, Rivne teleqüllələrini dağıtmağa cəhd edib, müvəqqəti işğal olunmuş şəhərlərdə teleqüllələri və televiziya studiyalarını ələ keçirib. İşğalçıların hərəkətləri irqçi təbliğat və ideologiya tətbiq etmək və bütün digər informasiya resurslarını sıxışdırmaq məqsədi daşıyır”.

O, həmçinin vurğulayıb ki, jurnalistlərin öldürülməsi və güllələnməsi Haaqa Konvensiyasının və Bəyannaməsinin, Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır.\Modern.az 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …