Şənbə , Yanvar 23 2021
Ana səhifə / Media / “Türkan” Ticarət Mərkəzinə nəzarət çox zəifdir

“Türkan” Ticarət Mərkəzinə nəzarət çox zəifdir

Redaksiyamıza daxil olan şikayətərin hər birini işıqlandırmağa çalışdığımızı demək olar ki, hər kəs bilir. Bu gün də redaksiyamıza ünvanlanan şikayətə yer verməyə çalışdıq. Bildiyimiz kimi, hazırda paytaxt Bakıda kifayət qədər iri mağazalar, yarmarkalar, ticarət mərkəzləri fəaliyyət göstərir. Və insanlar da, onlara təklif edilən bu xidmətlərdən büdcələrinə uyğun şəkildə yararlanmağa çalışırlar.

Lakin təəssüflər olsun ki, çox zaman bu istiqamətdə də şikayətlər daxil olur. Həmin şikayətlərdə alıcıların keyfiyyətdə, qiymətdə aldadılması, həmçinin əksər hallarda kobud rəftar edilməsi də yer alır. Konkret olaraq qeyd edək ki, bu günlərdə redaksiyamıza daxil olan şikayət Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Türkan Ticarət Mərkəzi”ndəndir. Belə ki, şikayətdə qeyd olunur ki, kənardan gözəl görünüşlü, təmirli olması ilə alıcıları cəlb etsə də, Ticarət Mərkəzində nəsə ürəkaçan bir şeyə rast gəlmək mümkün deyil. İddialara görə, ticarət mərkəzində əsasən geyim satılır ki, burada alıcılar aldadılır. Məsələn, sözügedən ünvanda satılan hansısa geyimi başqa bir mağazada çox ucuz qiymətə olduğu halda, burada baha qiymətə satılır. Əksər hallarda alınan geyimlərin keyfiyyətində, yaxud da üzərində hansısa “defekt”i olduqda, bunu satıcılara sübut etmək mümkün olmur. Yəni satıcılar geyimi satana qədər onun keyfiyyəti barədə dil-ağız etsələr də, bir gün sonra hansısa “defekt”i aşkarlandıqda geri götürmürlər. Həmçinin bəzi mağazaların şüşəsinə də yazıb yapışdırıblar ki, “alınan mallar geri qaytarılmır”. Halbuki, Qanunla alıcıların haqqı var ki, həmin məhsulları 14 gün içində geri qaytarsınlar. Onu da qeyd edək ki, hansısa geyim və yaxud başqa bir şey aldıqda, alıcıya heç bir qəbz verilmir. Lakin hər kəsin də bildiyi kimi, həmin mağazalarda kassa nəzarət aparatı olmalıdır. Həmin kassa nəzarət aparatından çıxarılaraq alıcıya qəbz verilməlidir ki, alıcı da hansısa bir problem yaranarsa aldığı məhsulu 14 gün müddətində geri qaytara bilsin. Şikayətdə qeyd olunur ki, Ticarət Mərkəzinin daxilində həmin kassa nəzarət aparatları hazırda bəzi mağazalarda var ki, onları da demək olar ki, toz basıb. Çünki istifadə olunmur. Bu isə o deəmdir ki, Ticarət Mərkəzində açıq-aşkar vergidən yayınma halları mövcuddur. Çünki kassa nəzarət aparatlarının işlədilməməsi birbaşa vergidən yayınma hallarının göstəricisidir. Bir sözlə, hazırda sadəcə xarici görünüşü ilə müştəri cəlb etmək funksiyasını daşıyan Ticarət Mərkəzində alıcılar aldadılaraq, mədəni formada soyulur. Bu isə, mövcud duruma nəzarətsizliyin ilk əlaməti olaraq da göstərilə bilər. Ən azından Ticarət Mərkəzindəki duruma nəzarət edilsə idi, vətəndaşların aldadılması, vergidən yayınma halları da azalardı. Bundan başqa, Ticarət Mərkəzində obyektlərin çox baha icarəyə verilməsi hallarının olduğu da qeyd olunur ki, bu da vətəndaşları narahat edir. Bir sözlə, hazırda Ticarət Mərkəzində ciddi yoxlamalara, nəzarətə ehtiyac var.

Qarşı tərəfi də dinləyə bilərik.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın