Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Tovuzda faciə: işdən çıxarılan qadın özünü öldürmək istədi

Tovuzda faciə: işdən çıxarılan qadın özünü öldürmək istədi

Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.

“Report”un məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qaydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.

O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın