Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Tofiq Abbasov AzTV-də veriliş aparacaq

Tofiq Abbasov AzTV-də veriliş aparacaq

Daha bir tanınmış şəxs “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) fəaliyyətə başlayıb. 

BakuPost xəbər verir ki, siyasi şərhçi Tofiq Abbasov bu həftədən etibarən “Rakurs” ictimai-siyasi verilişində, sentiyabrdan isə “Hədəf” ictimai ictimai-siyasi analitik verilişində aparıcı kimi efirə çıxacaq. Bu verilişlərdə ölkədə və xaricdə baş verən hadisələr təhlil olunacaq.

Tofiq Abbasov 1980-ci illərin əvvəllərindən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra – 2006-cı ildən “Lider” TV-də “Səda” İnformasiya Departamentinə rəhbərlik edib.
Qedək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatları aparlıb, yeni layihələrə tanınmış simalar cəlb edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …