Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Şişirdilmiş başlıqlar – “Saytlar öz ciddiliyini və etibarını itirir”

Şişirdilmiş başlıqlar – “Saytlar öz ciddiliyini və etibarını itirir”

Azərbaycanda xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulan uğurlu və ya uğursuz, doğru və ya aldadıcı başlıqlardır. Məlumdur ki, sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün media orqanlarında gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik. Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur.

Bir sıra hallarda isə seçilən başlıqlar oxucuları aldatmaq məqsədi daşıyır. Sərlövhə gözəl olsa da, oxucu yazıda başlığa aid heç nə tapa bilmir. Ekspertlər də hesab edirlər ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının sərlövhə qoymasını “xoş” qarşılamırlar. Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni, əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, ona uyğun yazı yazanlar da. Media nümayəndələri başlığı yazının “qapısı” sayırlar. Hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Lakin yazını oxutdurmaq naminə mövzuya məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Şit və məzmuna yad başlıqlar yazını gözdən salır, aldadıcı başlıqlar isə oxucu itkisinə səbəb olur. Redaktorların fikrincə, hər yazının içində onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq olur. Əgər yoxdursa, deməli, yazı “iki qəpiklik”dir.

Bununla bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, xəbərə yaxud da məqaləyə başlıq seçmək çox vacib və əhəmiyyətli məsələlərdən biridir: “Çünki başlıq yazı haqqında ilkin informasiya verməli, cəlbedici olmalı, həm də bir növ yazının məzmununun qısaldılmış forması təssüratı yaratmalıdır. Ona görə də başlıq seçmək jurnalistikada həmişə aktual olub. Hazırda isə internet resurslarında başlıq məsələsi həm forma və həm də məzmun etibarilə ən çox manipuliyasiya olunan məsələlərdən biridir. Əgər bu bir tərəfdən səriştəsizliklə bağlıdırsa başqa bir tərəfdən də düşünülmüş şəkildə təhrif olunma ilə əlaqədardır. Ən pisi isə odur ki, başlıq sayağacartırma vasitəsinə çevrilməyə çalışılır. Yəni şişirdilmiş, süni başlıq oxu sayını artırmaq məqsədininə xidmət edir. Ancaq bu uzunmüddətli olmur. Belə vasitələrlə cidddi informasiya mənbəyi olmaq mümkün deyil. Çünki informasiya istehlakçısı qısa müddət sonra bu kobud hiyləni başa düşür və beləliklə mənbə rolunu oynayan portal yaxud sayt öz ciddiliyini və etibarını itirir. Ziyan isə dilimizə və jurnalistikamıza dəyir. Ona görə də dilin ən fəal istifadəçilərindən olan jurnnalistlərimiz unutmasınlar ki, onlar həm də dilimizin ən etibarlı qoruyucularıdrlar”.

Psixoloq Könül Telmanqızı qeyd edib ki, intihar və şiddətli hadisələrin tez-tez baş verməsi, bu xəbərlərin də müxtəlif başlıqlarla saytlarda getməsi bir çox insanlarda narahtlıq hissinin artmasına səbəb olur: “Əlbəttəki insanlar bu cür xəbərlərdən həssaslaşaraq özlərini narahat hiss etməyə başlayırlar. Sosial medaidakı anlıq xəbər axışını izləyən insanlar oxuduqları xəbərin təsirindən çox gec çıxırlar. Hətta bütün günlərini beynlərini həmin xəbərdə oxuduqları ilə məşğul edirlər. Gün ərzində bu cür insanlarda yorğunluq, halsızlıq hissi olunur. Qeyd edim ki, İngiltərədəki Bradford Universitetindən bir qrup araşdırmaçı keçən il reallaşan bir psixologiya konfransında ictimai mediada şiddət ehtiva edən yazıları oxuyan insanların psixologiyasına ciddi şəkildə təsir göstərdiyi qeyd olunub. Psixoloji baxımından zəif olan insanlar özlərinə tədbiq edərək bəzi üsullarla narahtçılıq yaradan hadisələrə aid xəbərlərin mənfi təsirlərindən özlərini qoruya bilərlər.Özünüzü stress altında hiss edirsinizsə xəbərləri təqib etmək üçün müəyyən zamanlar seçməlisiniz. Zehni sağlamlığınız üçün sosial mediadan və etibarlı internet saytlarından xəbərlər izləməlisiniz”.

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi bildirib ki, Mark Tven deyib: “Mənim ölümüm haqda xəbəri çox şişirdiblər”: “Fikrimcə, heç nəyi, o cümlədən, xəbər başlıqlarını da şişirdilmiş şəkildə vermək doğru deyil. Bu, media orqanının və jurnalistin özünə də, oxuculara da hörmətsizlikdir. Başlıq məzmunu ifadə etməlidir. Ancaq eyni zamanda şişirdilmiş olmamalıdır. İntihar və kriminal xəbərlərə gəlincə, bu, daha çox vacibdir. Bəzən deyirlər ki, intihar və kriminal hadisələri vermək doğru deyil. Ancaq bu fikirlərlə razı deyiləm. Biz intihardan yazmasaq, intihar azalmayacaq. Cinayətdən yazmasaq, cinayətin kökü kəsilməyəcək. Vətəndaşların təhsil, yaşamaq, işləmək… hüquqları olduğu kimi, informasiya almaq hüquqları da var. Biz də buna hörmətlə yanaşmalıyıq. Ancaq intiharı, cinayəti təşviq də etməməliyik”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …