Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Molla rejimi Güney Azərbaycanda yeni təxribata əl atıb – FOTO

Molla rejimi Güney Azərbaycanda yeni təxribata əl atıb – FOTO

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil şəhərində kütləvi yazılı vərəqələr paylayıblar.

Axar.az xəbər verir ki, vərəqələrdə Azərbaycana qarşı iqtisadi, siyasi, ictimai və mədəni ayrı-seçkilik, xüsusi ilə də “Heyran gədiyi”ni Ərdəbil əyalətindən ayırıb Gilan əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər haqda geniş məlumat verilib və İran hökumətinin bu kimi hərəkətləri pislənilib.

Bu proseslərdə yerli məmurların məsuliyyət daşıdığını qeyd edən fəallar problemin öz həllini tapmayacağı təqdirdə mübarizənin daha da dərinləşəcəyini, hətta kütləvi etirazların başlayacağını vərəqələrdə göstəriblər.

Qeyd edək ki, İranda azad və yerli mətbuatın olmaması səbəbindən azərbaycanlı milli-mədəni fəallar bu boşluğu doldurmaq məqsədi ilə vaxtaşırı bildiriş və vərəqələr yayaraq ictimaiyyəti müəyyən hadisələrdən xəbərdar edirlər.

Molla rejimi Güney Azərbaycanda yeni təxribata əl atıb
Molla rejimi Güney Azərbaycanda yeni təxribata əl atıb

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …