Şənbə , Avqust 17 2019
Ana səhifə / Media / Şamaxının icra başçısı narazılıq yaradır – ŞİKAYƏT VAR

Şamaxının icra başçısı narazılıq yaradır – ŞİKAYƏT VAR

“Şamaxi və Haciqabul rayonu ərazisində olan 50 min hektara yaxin qiş otlaq sahələri,təyinati dəyişdirilmək adi ilə, hər iki rayonun rəhbərləri tərəfindən qanunsuz olaraq alver mənbəyinə çevrilib. Həmin ərazidə 300-ə yaxin sahibkara,500 dən artiq ailəyə məxsus olan təxminən 200 min baş civarinda xirdabuynuzlu heyvan,10 min başa qədər iribuynuzlu heyvandarliqin taleyi Allahin ümüdinə qalib”

Bu sözləri Şamaxı rayonu Quşçu kəndindən olan sahibkar Zahir Məmmədli öz facebook səhifəsində yazıb. Statusda daha sonra yazılır: “Hər iki rayonun rəhbərligi tərəfindən, biz sahibkarlari ayri ayriliqda rayon icra hakimiyyətinə çagiraraq,heç bir hesablanma və dəyərləndirmə əməliyati aparilmadan tələb edirlər ki,icarənizdə olan torpaqlardan yazili şəkildə imtina edin.Əks halda həmin ərazilər sizdən məcburi qaydada alinacaqdir.Hər bir sahibkarin təxminən 550 min manat dəyərində olan əmlakina, 25 min manata yaxin pul təklif edirlər. Yuxarida göstərilən rayon rəhbərləri, biz sahibkarlari tamami ilə əmlaksizlaşdirib proletar təbəqəsi yaradirlar.Ona görə də biz- proletarlari, birləşməyə çagiriram”.
Zahir Məmmədli özü bizimyol.info portalına açıqlamasında bildirib ki, o, kənd təsərrüfatı naziri Heydər Əsədovla da görüşüb: “Nazir rayonda qəbul keçirərkən onunla görüşdüm. Bildirdim ki, bizim əmlakımızı əlimizdən alırlar. Bizi mflisləşdirirlər. Bu, qanuna zidd addımdır. O isə əvəzində: “Narahat olmayın, halalıq veriləcək” dedi. Çox təəccübləndim ki, nazir də qanunlardan deyil, halallıqdan danışır. Eyni sözü icra başçısı da deyir. Çox qəribədir, dövlət strukturlarında yüksək vəzifə tutan adamlar qanunları bir yana qoyub, az qala dini kateqoriya və anlayışlardan istifadə edirlər. Bu da bir yana qalsın, 550 min manatlıq əmlakı sahibkarın əlindən alıb, əvəzində 25 min manat təklif edirlər və bunu “halallıq” adlandırırlar. Bir əmlakın bazar dəyərindən 22 dəfə az məbləğdə kompensasiya təklif etmək halallıqdırsa, onda görəsən haramçılıq necə olur?!”
Zahir Məmmədli deyir ki, bütün instansiyalara, o cümlədən, ölkə prezidentinə müraciət ediblər. Ancaq hələ ki bir nəticəsi olmayıb.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın