Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb

Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb

Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb.

Bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Musavat.com xəbər verir ki, Milli Məclis üzvünün statusu aşağıdakı kimidir:

“Murad Köhnəqala ilə bağlı narahat olan, mənə zəng edib “kömək edin” deyınlərə  məlumat vermək istəyirəm ki, Murad bəy artıq azadlıqdadır. 2 gündür bu istiqamətdə bizə dəstək olan və Murad bəyin azadlığa buraxılması üçün müraciətimə müsbət yanaşıb mənimlə birlikdə dəstək olan Ümid müəllimə, Tovuzdan olan dəyərli dostlara, məhkəmə və vəkillik sistemində olan dəyərli insanlara təşəkkür edirəm. Murad bəyin ailesinə ödəməli olduğu və uzun müddət yığılıb qalmış böyük məbləğdə vəsaitin, alimentin bir hissəsini ödədik, hüquqi prosedurlar həyata keçirildi və onun azadlığa buraxılması mümkün oldu. Ümid edirik ki, Murad bəy artıq azadlıqda olaraq bundan sonra alimentlə bağlı qalan xərcləri yavaş-yavaş ailesinə ödəyəcək və bir daha bele vəziyyətələ üzləşməyəcək. Allah yardımçıları olsun! Musavat.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …