Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Sərxoş sürücü polislə mübahisə etdi – VİDEO

Sərxoş sürücü polislə mübahisə etdi – VİDEO

Baş verən hadisəyə təəssüflənmək yerinə, itən telefonunun hayına qalan bu sürücü paytaxtın Nəsimi rayonu, Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qəza törədib.

Sərxoş vəziyyətdə olan 51 yaşlı Telman Hesynovun idarə etdiyi “BMV” markalı maşın yolda olan digər bir minik maşınına çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları sürücünü sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə aparmaq istəsələr də Telman Hüseynov buna mane olub.

Sürücü: “Mən içmişəm. Həkim məndən artıq adamdır? Mən deyirəm ki, içmişəm. Sən cəriməni yaz tikək. Tikə bilmirsənsə mən tikim”.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın