Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Rauf Arifoğludan barışdırıcı missiya  – Münasibətləri “sərin”  olan iki xanım jurnalisti  bir araya gətirdi

Rauf Arifoğludan barışdırıcı missiya  – Münasibətləri “sərin”  olan iki xanım jurnalisti  bir araya gətirdi

Bu gün APA Media Holdinqin yaranmasından 13 il keçir. Kollektiv bu günü bayram kimi qeyd edir. Sosial şəbəkələrdə paylaşılan fotolardan görünür ki, bir çox dövlət  və özəl qurumlar KİV-in  doğum  günü ilə bağlı APA-nın redaksiyasında olub,  Holdinq rəhbərliyini əlamətdar tarix münasibətilə təbrik edərək, kollektivə  hədiyyələrini veriblər. APA-nı ziyarət edən qonaqların paylaşdığı fotolar  sırasında  bir foto  daha çox diqqət çəkdi. Sosial şəbəkə istifadəçiləri, xüsusilə də media cameəsinin  təəccübünə səbəb olan həmin fotoda,   APA-nı ziyarət edən qonaq qismində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə   “Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı yer alırdı.

Təəccübə səbəb olan fotodakı üçüncü şəxs isə ev sahibi  kimi qonaqları qəbul edən Vüsalə Mahirqızı idi.  Maraqlıdır ki, paylaşılan məlum fotoya bir çox jurnalistlər  hətta “günün fotosu”  adını  belə  veriblər.   Məlum fotonun təəccüblə qarşılanmasına səbəb olan detal hamıya olmasa da, bizə  bəllidir. Çünki bu iki xanım jurnalist –  Vüsalə Mahirqızı ilə Aynur Camalqızının münasibətləri  uzun müddətdir ki, ürəkaçan səviyyədə olmayıb.  Hətta onların bir-birilə küsülü olduqları da söylənilirdi. Görünür Rauf Arifoğlu çox nəcib bir təşəbbüsə imza ataraq ,  iki küsülü  jurnalist xanımı barışdırmaq  missiyasını üzərinə götürüb və bu işin öhdəsindən gəlməyi bacarıb. Necə deyərlər, əsl Hacıya yaraşan hərəkət edib. Allah mehriban eləsin!

Azinforum.az olaraq biz də APA-dakı həmkarlarımızı 13 yaşalarının tamam olamsı münasibətilə təbrik edirik.

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …