Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Qobuda vulkan təpəsinin ətəyində yaşayış evləri tikilir… Sakinlər təhlükədədir – VİDEOREPORTAJ, FOTOLAR

Qobuda vulkan təpəsinin ətəyində yaşayış evləri tikilir… Sakinlər təhlükədədir – VİDEOREPORTAJ, FOTOLAR

 Abşeron rayonunun  Qobu qəsəbəsi yaxınlığında yerləşən palçıq vulkanı yenidən aktivləşə bilər.  Hazırda sözügedən vulkanik mənşəli təpənin yaxınlığında yaşayış evləri tikilib və yüzlərlə ailə yaşayır. Sakinlərin sözlərinə görə, sonuncu dəfə ötən əsrin 70-ci illərində burada vulkan püskürüb. Deyilənlərə görə, 40-45 ildən bir vulkan aktivləşir və bu illərə təsadüf edə bilər.
Musavat.com-un müxbiri həmin əraziyə baş çəkərək vulkan təpəsinin yaxınlığında yaşayan ailələrin durumu ilə maraqlanıb.
Vulkanın sonuncu dəfə partlamasının şahidi olan  kənd ağsaqqalı Ənvər Salahov  hadisənin 1974- cü ildə, may ayının 9-da baş verdiyini və günlərlə palçıq selinin qəsəbənin üzərinə doğru axdığını bildirdi.
Qeyd edək ki, yaxınlıqda vulkan təpəsinin yerləşməsi əhali arasında narahatlığa səbəb olub. Buna baxmayaraq, vulkan təpəsinin  200-300 metrliyində  yerləşən ərazilərdə yaşayış evləri tikilib.
Daha təhlükəli məqam odur ki, bu təpənin 50 metrliyində də torpaqlar satılmaqdadır. Hətta əraziyə qaz, elektrik, su xətti də çəkilib, yeni tikililərin bünövrəsi qoyulub. Vulkan təpəsinin üzərindən yol çəkilib və burada ağırtonajlı yük avtomobilləri də hərəkət edir. Bu isə təhlükəni yenidən aktivləşdirə bilər.
Yayılan məlumatlara münasibət öyrənmək üçün Qobu qəsəbəsinin sakinləri ilə söhbətləşdik. Onların sözlərinə görə, burada vulkan təhlükəsinin olmasından xəbərdardırlar, ancaq torpağın ucuz olması səbəbindən məcburiyyət qarşısında buranı seçiblər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.












Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın