Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Qlobal dəyişmələr çaylara təsir göstərib? – AÇIQLAMA

Qlobal dəyişmələr çaylara təsir göstərib? – AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu təbiətdə baş verən qlobal dəyişmələrin Cənubi Qafqazın çaylarına necə təsir göstərdiyini açıqlayıb.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib ki, təbiətdə baş verən qlobal dəyişmələr Cənubi Qafqazın çaylarına hələ ki, heç bir təsir göstərməyib və Böyük Qafqazın cənub yamacının qərb hissəsi caylarının su ehtiyatlarının azalması müşahidə edilmir.

Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacının qərb hissəsi caylarının su ehtiyatlarının azalmasının müşahidə edilməməsinə baxmayaraq, insanların təsərrüfat fəaliyyətləri çayların rejimində bəzi dəyişikliklərin baş verməsinə səbəb olub.

R.Məmmədov bildirib ki, son illərdə insanların təsərrüfat fəaliyyətləri nəticəsində çaylardan suvarma məqsədi ilə arxlar və böyük kanallar vasitəsilə böyük həcmdə su götürülür.

R.Məmmədov onu da qeyd edib ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə aparılan hesablama məlumatlarına əsasən, suvarılan əkin sahəsinin hər hektarı üçün 95% su təminatlı vegetasiya suvarma normasının 4500 m³/ha (suvarma sayının isə 10-a qədər), otlaq və örüşlər üçün isə 3200 m³/ha qəbul edilməsi məsləhət görülür. Sutkalıq içməli su norması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən adambaşına gündə təxminən 130 lıtr (ildə təqribən 47,5 m3) həcmində təklif olunur:

“Qeyd olunan normativlər daxilində apardığımız hesablamalar göstərir ki, iqtisadi rayonun mövcud daxili çay sularının ümumi ehtiyatlarının həcmi (3101 mln.m3) suvarılan torpaqların, otlaq-örüşlərin və əhalinin içməli su təchizatı üzrə hazırkı birgə ehtiyaclarını (967,3 mln.m3) ödəmək üçün yetərlidir və yerli çay sularının ehtiyatlarının cəmi 31,2%-i həcmində qiymətləndirilir. Müəyyən olunub ki, Böyük Qafqazın şimal-şərq yamacı çaylarının çoxillik orta sülb axımının 72%-i (2 mln 260 min tonu) asılı gətirmələr axımının, 19%-i (597 min tonu) diblə yuvarlanan gətirmələr axımının, 9%-i (283 min tonu) isə həll olmuş maddələr axımının payına düşməklə, cəmi 3 mln 140 min ton təşkil edir”.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın