Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib

“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib

“Bayer”lə matçda qalib müəyyənləşməyib

“Qarabağ” klubu martın 7-də UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Azərbaycan çempionu Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Almaniyanın “Bayer” (Leverkuzen) komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də start götürüb.

Hazırda Almaniya Bundesliqasının turnir cədvəlində liderlik edən “Bayer”lə ilk görüşdə qalib müəyyənləşməyib. Komandalar hərəyə iki dəfə qol sevinci yaşayıb – 2:2.

“Qarabağ”la “Bayer” arasında cavab oyunu martın 14-də, Leverkuzendə keçiriləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …