Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Ötən il 18 yaşına çatmayan neçə qız zərər çəkib?

Ötən il 18 yaşına çatmayan neçə qız zərər çəkib?

Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 18 yaşınadək 3 qız zərər çəkib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 18 yaşınadək olan 1 qız qəsdən dam öldürmə, 1 qız qəsdən sağlamlığa ağır zərər vurma, 1 qız isə qəsdən sağlamlığı yüngül zərər vurma nəticəsində zərərçəkib.

Məişət zorakılığı cinayətləri nəticəsində 18 yaşanıdək zərər çəkən qızların statistikası üzrə ən yüksək göstərici-31 nəfər 2011-ci ildə olub.

Belə ki, həmin ildə 18 yaşınadək olan 23 qız döymə nəticəsində zərər çəkib. Lakin 29 iyun 2012-ci il tarixli 405-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 132-ci maddə (döymə) ləğv edildiyindən ondan sonra bu statistika aparılmayıb.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın