Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Oliqarxlar Bakı merini saymamağa davam edir

Oliqarxlar Bakı merini saymamağa davam edir

İyulun 13-də Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.

Sərəncama əsasən çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xdmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin (Tezis.az)Bununla yanaşı, xatırladaq ki, bundan əvvəl Bakı ŞİH başçısı Hacıbala Abutalıbov çimərliklərdə vətəndaşlardan pul alınmasını qadağan edən sərəncam imzalamışdı.

Lakin “Khazar Golden Beach Hotel”, “Jumeirah Bilgah Beach Hotel”, “Amburan” və “Aysberq” istirahət mərkəzlərində bu sərəncama məhəl qoyulmayıb və indiyədək də həmin obyektlərdə vətəndaşlardan çimərliyə giriş haqqı alınır.Biz öyrənmək istədik, Bakı ətrafında başqa istirahət mərkəzləri Hacıbala Abutalıbovun sərəncamını yerinə yetirirmi?zakirr

Bu suala cavab əldə etmək üçün, Azərbaycanda ən böyük akvaparklardan biri olan, Novxanıda yerləşən “Aqua Park” istirahət mərkəzinə zəng etdik. “Aqua Park”ın adını bildirməyən xanım əməkdaşı  Legion.az-a dedi ki, istirahət mərkəzi ərazisinə giriş 14 manatdır.“Çimərlikdən istifadə üçün də, adambaşı 6 manat ödəmək lazım gələcək”, – deyə “Aqua Park” əməkdaşı qeyd etdi.

Sözardı: Biz heç istəməzdik ki, Sumqayıt ŞİH başçısının müvafiq sərəncamı da Bakı merinin sərəncamı ilə eyni taleyi yaşasın.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın