Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Nizami küçəsindəki piyada səkisi avtomobil dayanacağına çevrilib

Nizami küçəsindəki piyada səkisi avtomobil dayanacağına çevrilib

Bakıda Opera və Balet Teatrı ilə Gənc Tamaşaçılar Teatrı arasında yerləşən piyada keçidi avtomobillər tərəfindən zəbt olunub. Ərazidə avtomobillər qanunsuz olaraq park edildiyindən, piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb.

Bu şikayətlə virtualaz.org-a yaxınlıqda yaşayan sakinlər müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, gündüz saatlarında avtomobil o qədər çox olmasa da, axşamlar maşın əlindən tərpənmək mümkün deyil:

“Siz axşam buradan keçsəniz, görərsiniz ki, bu yolu avtomobillərin əlindən keçmək mümkün deyil. Xüsusən də, axşam saatlarında teatrda tədbirlər və tamaşalar keçirilən vaxt burada vəziyyət acınacaqlı olur. Maşınların biri gəlir, biri gedir. Bundan başqa, yaxınlıqda məktəb yerləşir, uşaqlar maşınların arası ilə məktəbə gedirlər və çox əziyyət çəkirlər”, – deyə şikayətçi bildirir.

Əslində, burada maşın saxlamağın qanunsuz olduğunu deyən sakinlər bildirirlər ki, yalnız piyadaların hərəkəti üçün səki qoyulsa da, heç kim qanuna riayət etmir. Görünür, sürücülərə avtomobil saxlamağa qeyri-qanuni icazə verilir.

Ərazidə çəkiliş apardığımız müddətdə avtomobillərə icazə verən aidiyyəti şəxsləri tapa bilmədik.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın