Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / “Məcburi köçkünlər ödənişsiz təhsil alacaq” – Əli Həsənov

“Məcburi köçkünlər ödənişsiz təhsil alacaq” – Əli Həsənov

Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ödənişsiz təhsillərini davam etdirəcəklər.

Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov xatırladıb ki, 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ödənişdən azad olunub: “Bu sərəncam qüvvədə qalır. Yəni, dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ödəniş ödəməyəcəklər”.

Baş nazirin müavini qeyd edib ki, bundan başqa məcburi köçkünlər şəxsiyyət vəsiqəsi alınan zaman rüsumdan azaddırlar: “Yəni, onların bu imtiyazları qüvvədə qalır. Eyni zamanda onlar gəlir vergisinin kiçik bir hissəsindən azaddırlar. Həmçinin, 1992-1998-ci illərdə özlərindən asılı olmayaraq hansısa mənzillərə daxil olub yaşayanların mənzillə təmin olunana qədər oradan çıxarılması da yolverilməzdir. Bununla bağlı verilən bütün sərəncamlar qüvvədə qalır”.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın