Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Müəllimlərin maaşı niyə verilmir?

Müəllimlərin maaşı niyə verilmir?

Bir qrup təhsil işçisi dekabr ayının maaşını hələ də almayıb.

Bu barədə “Qafqazinfo”ya Abşeron rayonunda çalışan müəllimlər məlumat verib. Bildirilir ki, rayonda ümumilikdə 250-yə yaxın müəllimin əməkhaqqı “Kapital Bank”dakı maaş kartlarına köçürülməyib.

Abşeron rayon təhsil şöbəsinin mühasibatlıq bölməsindən “Qafqazinfo” ya problemin səbəbini bilmədiklərini dedilər.

“Kapital Bank”dan isə bildirdilər ki, məsələnin onlara aidiyyatı yoxdur. Şikayəti araşdırarkən məlum oldu ki, əslində problemin miqyası böyükdür. Belə ki, təkcə müəllimlər yox, həmçinin bir qrup təqaüdçü və səhiyyə işçisi də ötən ilin dekabr ayının maaşını hələ də almayıb. Əldə etdiyimiz məlumata görə, maaşların gecikdirilməsinin səbəbi Maliyyə Nazirliyi tərəfindən pulların köçürülməməsi ilə bağlıdır.

Qeyd edək ki, problemlə əlaqədar Maliyyə Nazirliyinə sorğu göndərsək də, sualımıza cavab verilməyib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın