Ana səhifə / Media / Müəllimləri direktorlar özü seçəcək – NAZİR

Müəllimləri direktorlar özü seçəcək – NAZİR

“Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Çünki, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir”.

AzNews.az xəbər verir ki, bu sözləri, 2016-cı təqvim ilinin yekununda təhsil naziri Mikayıl Cabbarov “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

Nazir bildirib ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır: “Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə , o, müasir məzmunlu pedaqoqikanı, psixologiyanı bilirsə artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərazində bir sıra məktəblərə bu hüquq veriləcək”.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın