Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / MEDİA rəsmisi: Qanun bu şəxslərin fəaliyyətinə şamil edilmir

MEDİA rəsmisi: Qanun bu şəxslərin fəaliyyətinə şamil edilmir

“Təəssüflər olsun ki, bəzi jurnalist təşkilatları “Media haqqında” qanun layihəsinin özünə istinad etmir, onun ətrafına gedən söz-söhbətlərə, şaiyələrə əsaslanaraq mülahizələr yürüdürlər, hesabatlar və bəyanatlar verirlər. Bu təbii ki, təəssüf hissi doğurur”.
Bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, qanun layihəsinin beynəlxalq hüquqa zidd olması, ifadə azadlığına təhlükə yaratması ilə bağlı iddialar əsassızdır. Belə ki, “Media haqqında” yeni qanun layihəsi media subyektlərinə şamil olunub.“Media subyektləri qanuna görə dörd yerə bölünür: çap mediası, online media, audiovizual və informasiya agentlikləri. Qanun yalnız bunların fəaliyyətinə şamil edilib və bunların fəaliyyətini tənzimləyəcək. Qanun internet televiziyaların, sosial şəbəkə istifadəçilərin fəaliyyətinə şamil edilmir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …