“Deyirlər ki, marmelad və dondurmalara qatılan jelatin maddəsini donuz piyindən hazırlayırlar. Bu doğrudurmu?”
“Qafqazinfo” oxucuların bu sualına islam.az-ın cavabını təqdim edir:
“Şəriətə görə, əgər hər hansı qidanın tərkibində haram maddə olmasına yəqinlik varsa, o qidanı yemək olmaz. Ən azından qidada haram maddənin olmasına güclü zənn olmalıdır. Əks halda, həmin qidadan istifadə etmək günah deyil.
Marmelad və dondurmalara donuz piyi qatılması barədə sözlər şayiə səviyəsindən o yana keçməyib. Bunu təsdiq edən tutarlı elmi sübut rastımıza çıxmayıb. Buna görə də tutarlı sübut olmayınca, bunları yemək icazəlidir”.