Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Mən 3 halda özümü güclü hesab edirəm” – Əli Həsənov

“Mən 3 halda özümü güclü hesab edirəm” – Əli Həsənov

“Mən burada prezidenti və icra hakimiyyətini təmsil edirəm. Qanunverici hakimiyyətin və dördüncü hakimiyyətin də nümayəndələri burada var”. 
Moderator.az xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin bu gün keçirilən qurultayında deyib. O, bildirib ki, 25 illik məmur həyatında özünü yalnız 3 halda güclü hiss edir:
“Bunlardan biri prezidentin tapşırıqlarını vaxtında icra edib ona məlumat verəndə güclü oluram.
İkincisi, milli ordunun hökumət evi qarşısında paradı keçiriləndə güclü oluram.
Üçüncüsü isə,  media təmsilçiləri içində olanda özümü güclü hesab edirəm.
Azərbaycan dövlətini heç kim aşağılaya bilməz. Heç zaman məğlub da edə bilməz. Onu milli prinsiplərdən, ideyalardan uzaqlaşdıra bilməz. Biz prezidentimizlə, qələm sahibləri ilə birgə olanda güclüyük”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …