Çərşənbə , İyul 17 2019
Ana səhifə / Media / Məktəbli formaları yenidən bahalaşır? – Açıqlama
?????????????????????????????????????????????????????????

Məktəbli formaları yenidən bahalaşır? – Açıqlama

“Manatın məzənnəsinin dollara nisbətən ucuzlaşması məktəbli formalarının qiymətinin artmasına ciddi təsir etməyəcək. Yenidən bahalaşma gözlənilmir”

Bunu AzVision.az -a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O qeyd edib ki, bu il üçün standart qiymət təsdiqlənib və dəyişməyəcək.

“Hər kəs məktəbli formalarının bahalaşdığını deyir. Doğrudur, 7,5 faiz artım var. B elədə böyük qiymət artımı demək deyil. Demək olar ki, hiss olunmur. Ola bilər, kimlər üçünsə 3-4 manat fərq edir, amma ucuz paltar da tez sıradan çıxır. Ucuz, saxta məktəbli formaları bir dəfə yağışa düşəndə keyfiyyətini itirir”.

E.Əzimov yay fəsli olduğundan satışın hələlik zəif olduğunu qeyd edib. “Hər kəs istirahətdədir. Bizdə insanlar hər şeyi sonuncu dəqiqəyə saxlayırlar. Dərslərin açılmasına bir həftə qalmış isti havada uzun növbələr yaranacaq”.

Qeyd edək ki, qiymət artımından sonra ibtidai siniflər üçün məktəbli formaları əvvəl 34 manat idisə, artıq 37 manatdır. Böyük siniflər üçün məktəbli forması 3 manat bahalaşaraq 46 manata satışa çıxarılıb.

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın