Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Rusiyada azərbaycanlı polkovnik və diaspor fəalı naməlum şəraitdə ölüb

Rusiyada azərbaycanlı polkovnik və diaspor fəalı naməlum şəraitdə ölüb

Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində azərbaycanlı polis polkovniki, diaspor fəalı ölüb.
Udmurtiya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, konqresin yaradıcılarından biri, baş sahə müvəkkili, əslən Azərbaycanın Cəlilabad rayonundan olan 1951-ci il təvəllüdlü Tofiq Haqverdi oğlu Kərimovun meyiti iki gün əvvəl yaşadığı evdə tapılıb. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. T. Kərimovun cənazəsi dəfn olunması üçün doğulduğu Cəlilabad rayonuna yola salınıb.
T. Kərimov həm polisdəki fəaliyyətinə, həm də diaspor fəaliyyətinə görə Rusiya prezidenti tərəfindən bir neçə dəfə mükafata layiq görülüb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın