Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Media / “Məktəblərdə korrupsiya yoxdur”

“Məktəblərdə korrupsiya yoxdur”

Təhsil sistemində korrupsiya və digər neqativ hallarla mübarizə çərçivəsində ötən il nazirliyin onlarla əməkdaşı cəzalandırılıb. Təhsil Nazirliyinin 2015-ci ildə görülmüş işlərə dair yekun hesabatında bildirilib ki, bu iş iki istiqamətdə – birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır.

Belə ki, ötən ildə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 21 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib, 41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilib.  “Korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasına sistemli yanaşma tətbiq edilərək müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələri diplomlarının elektron bazasının yaradılması sahəsində effektiv sistem yaradılıb”, – deyə məlumatda bildirilir.

 Həqiqətən də, sözügedən elektron sistemin tətbiqi ilə korrupsiya faktlarının qarşısını almaq mümkün olacaq?

“Orta məktəblərdə müəllimlərin rüşvət çirkabına bulaşması barədə məlumatlar həqiqətə uyğun deyil. Orta məktəblərdə hansı korrupsiyadan söz gedə bilər?”, – deyə Milli Məclis üzvü, professor Nizami Cəfərov Legion.az-a bildirdi.skachanny-e-fajly-1-474

“Əgər məktəblərdə korrupsiya yoxdursa, deməli, elektron qəbulla işə və birinci sinfə adam götürmək, o cümlədən diplom bazası yaratmağın mənası yoxdur?” – deyə soruşduq.

“Niyə ki? Elektron sistemə keçid şəffaflıq və təhsil prosesinə ictimai nəzarət üçün çox vacibdir”, – deyə deputat qeyd etdi.Onun sözlərinə görə, Təhsil Nazirliyi dərslikləri və məktəb proqramları təsdiqləyənə qədər, onlar ictimai müzakirəyə təqdim olunur.“Şəffaflıq isə elə korrupsiya ilə mübarizə üçün vacibdir”, – deyə Nizami Cəfərov vurğuladı.

Həmçinin oxuyun

Li Kuan Yu və mehman əliyevlər… – Nadir Qocabəyli yazır

“Turan” İnformasiya Agentliyinin rəhbəri və radikal müxalifətin son birlik formatının iştirakçılarından biri Mehman Əliyevin BBC …

Bir cavab yazın