Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Məktəb həyətində villa tikən məmur danışdı

Məktəb həyətində villa tikən məmur danışdı

Bu günlərdə saytımızda “Xətai RİH və Təhsil Nazirliyi məktəb həyətinin zəbtini ört-bastır edir?” başlıqlı yazı dərc olunmuşdu. Avqustun10-da Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 saylı məktəbin həyətində villa tikilməsi barədə musavat.com saytında məlumat dərc olunmuşdu. Bu məlumat diqqəti cəlb etmişdi. Avqustun 12-də bizim müxbirimiz sözügedən məktəbin ərazisinə gedərək, orda bir neçə villanın tikildiyinə şahid oldu. Villalardan biri məktəbə az qala bitişik tikilib.

“Mən neçə illərdir burda işləyirəm, o tikililəri orda görmüşəm” – deyə Xətai RİH başçısının müavini Zaməddin Əkbərov Qafqaznews.az-a bildirdi. “Onlar qanuni şəkildə tikilib?” sualına Zaməddin Əkbərov belə cavab verdi: “Bilmirəm, araşdırmaq lazımdır, yəqin ki, belə tikinti aparırlarsa, sənədi var”. “Axı ora məktəbin ərazisidir, ona necə olub icazə verilib?” – deyə soruşduq. “Bilmirəm bunu araşdırmaq lazımdır” – deyə Z.Əkbərov vurğuladı. “Bəs bu bir neçə ildə araşdırılmayıb ki?” – deyə dəqiqləşdirmək istədik.

13220021_994142310652011_1804001065_n-1-1“Bu sahəyə baxanlar var da… mən araşdırmamışam, baxmamışam, ona görə deyirəm ki, araşdıraram, sonra deyərəm” – deyə Xətai RİH başçısının müavini cavab verdi. “Necə olub ki bu neçə ildə araşdırılmayıb?” – deyə  bir daha soruşdu. “Mən bilmirəm, bəlkə də araşdırılıb, ona görə deyirəm ki, tapşırıq verərəm, araşdırıb deyərlər” – deyə Zaməddin Əkbərov bildirdi. Onun sözlərinə görə, bu villaların tikildiyi dövrdə, məhz 2000-2006-c5ffb7d7827358525bbd9dc1cf0b10de03e0a315414b7-1ı illərdə Xətai RİH-ə hazırda Yasamal RİH başçısı olan İbrahim Mehdiyev rəhbərlik edib. Lakin öyrəndik ki, Xətai RİH rəhbərliyi məktəb ərazisinin qanunsuz zəbt olunması ilə bağlı məlumatlı olub. Belə ki, 2013-cü il fevralın 20-də Bakı şəhərinin baş memarı Akif Abdullayev Xətai RİH başçısı Razim Məmmədova məktub göndərib.

Photo0011-2Məktubda bildirilir ki, Xətai Rayon Bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli qərarı ilə, Yusif Hacıyev adlı şəxsə şəxsi yaşayış evi tikintisi məqsədi ilə Mehmandarov küçəsindəki 76 saylı binanın yanında 140 kvadrat metr torpaq sahəsi ayrılıb. Məktubda vurğulanır ki, tikinti zamanı Yusif Hacıyev yaxınlıqdakı torpaq sahəsini də zəbt edib. Bakı ŞİH-in baş memarı Xətai RİH-dən tələb edib ki, Yusif Hacıyevlə bağlı tədbirlər görülsün.Photo0018-2 Bundan sonra, oxşar məktublar həmin il aprelin 15-də və oktyabrın 2-də də Akif Abdulayev tərəfindən Xətai RİH başçısı Razim Məmmədova göndərilib.

Avqustun 19-da sayta sözügedən villanın sahibi, Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində işləyən Yusif Hacıyevlə əlaqə saxladı. Y.Hacıyev özgə torpağını zəbt etməyib. “Və mənim evimin 263 saylı məktəbin ərazisiylə əlaqəsi yoxdur”, – deyə Hacıyev bildirdi.

“Axı Bakının baş memarı Akif Abdullayev öz məktubunda qeyd edir ki, siz özgə torpağını zəbt etmisiniz”, – deyə xatırlatdıq. “Belə məktub mövcud deyil. Əgər bu məktub həqiqətən də mövcud olsaydı, mütləq mənə də yönəldirilərdi”, – deyə Y.Hacıyev qeyd edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın