Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Lider TV-nin canlı efirində qarşıdurma – VİDEO

Lider TV-nin canlı efirində qarşıdurma – VİDEO

Lider TV-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

Belə ki, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin “gop” olduğunu deyib.

D. Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və “savadsız” adlandırıb.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …