Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Lənkəran məktəbliləri hər an faciə ilə üzləşə bilər

Lənkəran məktəbliləri hər an faciə ilə üzləşə bilər

Bir müddət əvvəl Lənkəran rayonu Siyavar kəndində şəhid Faiq İbrahimovun adını daşıyan orta məktəbin qəzalı vəziyyətdə olduğu barədə məlumat vermişdik. Bu günlərdə isə kəndə yağan güclü yağışlar  məktəbi daha da bərbad, hər an faciə yarada biləcək vəziyyətə salıb.
Bu barədə “Yeni Müsavat”a  kənd sakinləri  məlumat verib. Sakinlərin dediyinə görə məktəbin dam örtüyünün yararsız halda olması nəticəsində yağış suları siniflərə axaraq, tavanın çökməsinə səbəb olub. Siniflərdə hər an qəza, faciə baş verməsi qaçılmazdır.
Xatırladaq ki, qeyd olunan məktəbin bərbad vəziyyətdə olduğu barədə musavat.com saytında “Şəhid adını daşıyan məktəbin ”qara üzü”” adlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, şəhid adını daşıyan məktəbin 300-ə yaxın şagirdi var və onlar bu il də qəzalı vəziyyətdə olan məktəbdə təhsil almaq məcburiyyətindədir.
Məktəbin sinif otaqları, dam örtüyü, qapıları bərbad, sınıq-salxaq, döşəməsi deşik-deşikdir. Rəsmi sənədlərə görə təxminən 1924-cü ildə tikilən məktəbdə bu günə qədər yalnız bir neçə dəfə kosmetik təmir işləri aparılsa da, qəzalı vəziyyət aradan qaldırılmayıb, siniflər rütubətlik üzündən xəstəlik mənbəyinə çevrilib. Kənd sakinləri yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, məktəbin təmirini heç bir qurum öz üzərinə götürmək istəməyib.
Məsələ ilə bağlı Lənkəran Rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan tezliklə məsələyə aydınlıq gətiriləcəyi bildirildi.




Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın