Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb.
Bunu
Trend-ə özəl açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
Onun
sözlərinə görə, oktyabrın 2-si saat 10:00-dan etibarən həmin binada
mənzillərə çıxarışların (“kupça”) verilməsi üçün sənədlərin qəbuluna
başlanılacaq: “Məlumat üçün bildirim ki, Əmlak Məsələləri Dövlət
Komitəsi, notariat kontoru və Fondun əməkdaşlarından ibarət heyət
mənzillərə çıxarışların verilməsi üçün sənədləşmə işlərini aparacaqlar”.
Qeyd
edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr
tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22
iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların
mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti
göstəriləcək.
Jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
Tədbir
oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən,
jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.
Ana səhifə / Media / Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb – Vüqar Səfərli
Həmçinin oxuyun
Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …