Ana səhifə / Media / Jurnalist Röya Rəfili Almaniyadan deportasiya olundu, Bakıda “Atletlər kənd”inə yerləşdirildi

Jurnalist Röya Rəfili Almaniyadan deportasiya olundu, Bakıda “Atletlər kənd”inə yerləşdirildi

Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

Pravda.az xəbər verir ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polisləri onu hava limanına aparaıb və bir qrup azərbaycanlı ilə bərabər bu gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız “Atletlər kənd”inə aparılıb. “Atletlər kəndi”ndən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız covid-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri “Yeni Müsavat” qəzeti olub. Musavat.com

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …