Cümə , Aprel 26 2024
Ana səhifə / Media / İTV-dəki robot kimin ideyasıdır? – Açıqlama

İTV-dəki robot kimin ideyasıdır? – Açıqlama

Xəbər verdiyimiz kimi, İTV-nin efirində “3D” adlı yeni layihəyə start verilib. Belə ki, verilişin ilk buraxılışının qonağı İTV-nin baş direktoru Balakişi Qasımov olub. Robot aparıcı “Dadaş Dadaşlinksi” TV rəhbərinə bir sıra suallar ünvanlayıb.

Azərbaycan televiziya məkanında ilk dəfə yayımlanan 3D formatlı veriliş tamaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ortaya robotla bağlı bir sıra suallar da çıxıb. Belə ki, tamaşaçılar robotun ideya və texniki müəllifinin kim olması ilə maraqlanıblar.

Məsələ ilə bağlı İTV-dən “Yeni Sabah”a bildirilib ki, “3D” verilişi Dadaşlinski Dadaş Dadaş oğlunun layihəsidir və buna görə də aparıcı elə onun özüdür

“Müəllifin televiziya rəhbərliyi ilə bir neçə görüşündən sonra bu layihənin İTV-də yayımlanmasına qərar verilib.

Qonaq olaraq məşhur, həmçinin maraqlı şəxslər dəvət edilir və onlara müxtəlif suallar verilir ki, bu suallar qonaqla da bağlı ola bilər, ümumi də ola bilər.

Dadaş Dadaşlinski həftənin 4 günü 22:40-da İTV-də tamaşaçıların görüşünə gələcək”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …