Cümə , Aprel 26 2024
Ana səhifə / Media / İsmayıllıda 80-ə yaxın ev təhlükədə…

İsmayıllıda 80-ə yaxın ev təhlükədə…

İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaranıb.
“Report”un Şirvan bürosunun xəbərinə görə, güclü yağış nəticəsində yaranan və təxminən 1 həftədir davam edən sürüşmə son iki gündə daha da aktivləşib.
Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.
Yaranan yarğan kənd sakini Ağalı Əliyevin həyətyanı sahəsinə doğru genişlənib və təsərrüfat tikilisinə böyük ziyan vurub, yaşadığı mənzilə isə təhlükə yaranıb.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, əraziyə aidiyyəti orqanlar tərəfindən baxış keçirilib və bir evin sakinlərinin təxliyyə olunmasına qərar verilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın