Ana səhifə / Media / İranlı qaçqınlar ağızlarını tikərək yürüş keçirdilər

İranlı qaçqınlar ağızlarını tikərək yürüş keçirdilər

İrandan olan 8 miqrant ağızlarını tikərək Fransanın Kale şəhərində yerli hakimiyyət qurumlarının qaçqın düşərgəsinin sökülməsinə dair qərarına etiraz edib.

APA-nın verdiyi xəbərə görə, aksiyada iştirak edən miqrantlar əllərində plakatlarla düşərgənin ərazisində yürüş keçiriblər.

Məlumata görə, etiraz edən iranlı etirazçıların düşərgədə məskunlaşdığı daxma fevralın 29-da uçurulub.

Qeyd edək ki, fevralın 29-dan etibarən Kaledəki qaçqın düşərgəsi Fransanın müvafiq qurumları tərəfindən sökülməyə başlayıb. Düşərgədə 4 mindən çox qaçqın məskunlaşıb. Söküntü işləri zamanı polis miqrantlara qarşı gözyaşardıcı qadan istifadə edib.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın