Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Media / İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı – Övladlarına güzəşt

İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı – Övladlarına güzəşt

Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, Azərbaycan prezidentinin təqaüdü Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə (bütün bu hallarda təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) təqaüd ödəniləcək.
İndiyə qədər Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına, təqaüdü almaq hüququ olan Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadı və uşaqları olmadıqda, valideynlərinə ödənilib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …

Bir cavab yazın