Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / İcra Hakimiyyətindən yas mərasimləri haqda açıqlama

İcra Hakimiyyətindən yas mərasimləri haqda açıqlama

Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır. 
Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, üç  ilə yaxındır ki, rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirirlir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır.
Rayonun Axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islamı qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. Bildirir ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 400-600 manatla keçirmək olar.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın