Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Heydər Əliyevin portreti olan poster yoxa çıxıb – İradə Gülməmmədova hara baxır?

Heydər Əliyevin portreti olan poster yoxa çıxıb – İradə Gülməmmədova hara baxır?

Xırdalanda üzərində mərhum prezident Heydər Əliyevin portreti olan posterə qarşı sayqısızlıq olunub.

AzNews.az xəbər verir ki, 2 həftə əvvəl şəhərin mərkəzi prospektlərindən birində H.Əliyevin portreti olan poster götürülüb, lakin hələ də yerinə qoyulmayıb.

Məlumata görə, posterin götürülməsinə səbəb sözügedən tarixdə Heydər Əliyev prospektində baş vermiş yol qəzası olub. Belə ki, qəza nəticəsində mərhum prezidentin portretinin həmin ərazidə qoyulmuş posteri sıradan çıxıb və aidiyyəti qurumlar tərəfindən götürülüb. Amma hadisədən 2 həftə keçməsinə baxmayaraq poster hələ də yerinə qaytarılmayıb.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, sualımıza cavab verən olmadı.

Ərazidən 2 həftə əvvəl və bu gün çəkilmiş fotoları təqdim edirik:




Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın