Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Həsən Həsənovun ailəsinə ev verilib

Həsən Həsənovun ailəsinə ev verilib

2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib.

” Azinforum.az ” xəbər verir ki, bu barədə Modern.az-a H.Həsənovun qardaşı Nail Həsənov bildirib.

O qeyd edib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə yaşayacaq.

“Yeni mənzil Mehdiabad qəsəbəsində yerləşir, üçotaqlı, tam təmirli mənzildir”.

Həsənin ailəsinə Mehdiabad qəsəbəsində mənzil verilməsində Mehriban xanım Əliyevanın xüsusi köməyi olub.  Bu yaxınlarda oradakı şəhərcikdə mənzil şəraiti pis olan ailələrə Mehriban xanım tərəfindən mənzil hədiyyə olunacaq. Hələ ki, Həsənin ailəsi oradan mənzil alan ilk ailədir”.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın