Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Həbsdəki jurnalistlərə qoyulan görüş və zəng qadağasının ləğv olunduğu bildirilir

Həbsdəki jurnalistlərə qoyulan görüş və zəng qadağasının ləğv olunduğu bildirilir

““Abzas işi”ndə ailə üzvləri ilə görüşə və zənglərə qoyulmuş məhdudiyyət götürülüb”.
Bunu vəkil Şəhla Hümbətova özünün Feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, “Abzas Media” işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.
Xatırladaq ki, bu vaxta qədər saxlanılanlara ailə üzvləri ilə görüşə və telefon zənglərinə icazə verimədiyi bildirilirdi. Həmçinin “Abzas Media” işi üzrə həbs edilən Ülvi Həsənlinin və Sevinc Vaqifqızının ailə üzvlərinin bank hesablarına blok qoyulduğu deyilir.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …