Cümə , Aprel 26 2024
Ana səhifə / Media /

 FHN Şamaxıda 11 nəfəri ölümdən qurtardı

 FHN Şamaxıda 11 nəfəri ölümdən qurtardı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda “ZİL-131” markalı yük avtomobilinin və avtomobildə olan 11 nəfər kənd sakininin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Azinforum.az nazirliyin saytına istinadən xəbər verir ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri hadisə yerinə cəlb olunaraq çayın ortasında olan avtomobili və vətəndaşları təhlükəsiz əraziyə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:27-də başa çatıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın