Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Feysbukdan yenilik: Mesajları silmək olacaq

Feysbukdan yenilik: Mesajları silmək olacaq

Feysbukda artıq qarşı tərəfə göndərilən mesajları da silmək olacaq.

Axar.az xəbər verir ki, şirkət təmsilçiləri 6 apreldə verilən açıqlamada Mark Zukerberqin göndərdiyi mesajları təhlükəsizlik baxımından sildiklərini etiraf ediblər.

Adi istifadəçilər də çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq orasındadır ki, adi istifadəçilərin pozduqları mesajlar yalnız öz hesablarından silinir. Mesajı qəbul etmiş şəxsin hesabında isə qalırdı. Ancaq bundan sonra Feysbuk mesajlara “Unsend” düyməsini əlavə etməyi planlaşdırır. Bu düymə aktiv edilərsə, göndərilən mesajları qarşı tərəfin də cihazından silmək mümkün olacaq.

Qeyd edək ki, bu funksiya bir müddətdir Votsapda aktivdir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …