Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Fazil Mustafa da dənizi zəbt edənləri ittiham etdi

Fazil Mustafa da dənizi zəbt edənləri ittiham etdi

Paytaxt sakinləri Xəzər dənizi sahillərinin müyyən şəxslər tərəfindən qanunsuz çəpərlənməsindən narazıdırlar. Elə bu səbəbdəndir ki, mediada dəniz sahilinin qanunsuz çəpərlənməsi, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı xəbərlərə tez-tez yer verilir. Lakin heç bir faydası yoxdur. Xalqın milli sərvətini özəlləşdirənlər öz işlərindədirlər, aidiyyəti qurumlar isə bu qanunsuzluğa göz yumur.

Aznews.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, dənizin çəpərlənməsi Azərbaycan konstitusiyasına ziddir: “Dəniz xalqın sərvətidir. İnsanların dənizdən məhrum edilməsi onların konstitusion hüquqlarının pozulmasıdır. Bu ayrı-ayrı şəxslərə qanunun şamil olunmamasının bir nümunəsidir. Buna yol vermək olmaz. Dənizin insanlardan bu qədər məsafə olaraq ayrılması yalnış siyasətdir. Biz də dəfələrlə bunu təklif edirik, məsələni gündəmə gətiririk, amma təəssüf ki, heç bir xeyri, faydası yoxdur”.

Millət vəkili bu qanunsuz əməllərdə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin də rol oynadıqlarını bildirib: “Bu məsələdə bələdiyyələrin, icra hakimiyyəti orqanlarının da günahı var. Onlar müxtəlif şəxslərin belə qanunsuz əməllərinə göz yumurlar, onlara qarşı lazımı addımları atmırlar. Bu məsələ gündəmdə saxlanılmalıdır və öz həllini tapmalıdır. Ümid edək ki, gələcəkdə bu məsələyə müsbət mənada reaksiya veriləcək”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın