Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / “Facebook”dan yeni qadağa

“Facebook”dan yeni qadağa

“Facebook” şirkəti “Deepfake” videolara qadağa qoyub.

“Haber Global”ın yaydığı məlumata görə, “Facebook” sosial şəbəkəsi manipulyasiya edilmiş məzmunları və “Deepfake” videoları siləcək.

“Facebook”un Qlobal Siyasət üzrə vitse-prezidenti Monika Biskert bildirib ki, “seçicilərimizə təzyiq və nifrət dolu nitq kimi standartlarımızı pozan məzmunlar, “Deepfake” olub-olmamasından asılı olmayaraq, “Facebook”dan silinəcək.

“Hazırda siyasətimizi yaxşılaşdırmaq və manipulyasiya edilən məzmunları müəyyən etmək üçün 50-dən çox qlobal mütəxəssislə danışıqlar aparırıq. Bu əməkdaşlıq nəticəsində müəyyən meyarlara sahib olan videoları platformamızdan çıxaracağıq”, – deyə o bildirib.

Qeyd edilir ki, bu qadağa parodiya, satira məqsədli videolara aid deyil. (oxu)

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …